"Apple" 10 sentyabrda hansı yeni məhsullarını tanıdacaq?

  • 2 Sentyabr, 2019 11:15

"Apple" tərəfindən təşkil edilən ən vacib tədbirlərdən biri sentyabrın 10-da keçiriləcək.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "iPhone 11"in tanıdılacağı gözlənilən tədbirdə bir sıra digər məhsullar da təqdim olunacaq.

"iPhone 11" seriyası

2019-cu il üçün 3 "iPhone" modelinin təqdim olunacağı gözlənilir. Yeni "iPhone" modellərindən gözləntilər isə belədir: Lightning girişi yerinə USB-C girişi, 3D Touch yerinə Haptic Touch texnologiyası, inkişaf etdirilmiş su müqaviməti, inkişaf etmiş üç inzalı kamera, zəif işıqda daha yaxşı fotoşəkil çəkilişi və "Apple Pencil" uyğunlaşdırılması.

16 düymlük "MacBook Pro"

Ümumiyyətlə yeni "Mac" modellərini oktyabr ayında tanıdan "Apple" sızdırılan son məlumatlara görə, 16 düym "Macbook Pro" modelini sentyabr ayında tanıdacaq. Bu model digər "MacBook Pro"lara görə daha böyük ekranla qarşımıza çıxacaq. Haqqında çox məlumat verilməyən məhsulda mikro-LED texnologiyasının istifadə ediləcəyi gözlənilir.

"iMac Pro" yenilənməsi

Sentyabr ayında "Apple"ın yeni nəsil "iMac Pro" ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Mini "Apple TV"

"Apple TV+"ın tanıdılacağı vaxtda "Apple"ın daha kiçik və uyğun büdcəli "Apple TV" buraxmaq niyətindədir. "Apple" bu yolla "Apple TV+"ı daha geniş kütlələrə yaymağı planlaşdırır.