Apellyasiya Komissiyası müraciətlərə niyə cavab vermir? - PROBLEMLİ KREDİTLƏR

  • 20 May, 2019 11:21
Apellyasiya Komissiyası müraciətlərə niyə cavab vermir? - PROBLEMLİ KREDİTLƏR

Problemli kreditlər ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yanında yaradılan Apellyasiya Komissiyasın edilən müraciətlərə niyə cavab verilmir?

"Finans.az" xəbər verir ki, mövcud qaydalara əsasən, komissiya 30 iş günündə müraciətləri cavablandırmalıdır. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, müraciətlərə 30 gün deyil, 30 iş günü ərzində baxılır: "Bu baxımdan, hər bir müraciətçi ərizəsini təqdim etdiyi günü nəzərə almaqla nə zaman Palatadan cavab alacağını müəyyənləşdirə bilər. Müraciətlərə cavab hətta kompensasiyalar verilib qutardıqdan sonra gəlsə də, bu, problem yaratmır. Çünki müraciətinə müsbət cavab verilmiş kreditorlar üzrə kompensasiya ödənişi həyata keçiriləcək. Yəni, kompensasiyaların verilməsinin bu ayın sonu başa çatmasına baxmayaraq Apellyasiya Komissiyası hər hansı bir probemli kreditə ödəniş edilməsi ilə bağlı iyun ayında qərar qəbul edərsə, o ödəniş həyata keçiriləcək".

İqtisadçı-ekspert Vüqar Bayramov

Bütövlükdə proses ilin sonunadək tamamlanacaq. Komissiya müraciətə mənfi cavab verərsə, o zaman vətəndaşın o qərardan məhkəməyə müraciət hüququ var. Bu o deməkdir ki, komssiyanın qərarı son mərhələ deyil.​