Antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" almaq mümkündürmü? - RƏSMİ AÇIQLAMA

  • 4 iyun, 2021 14:34
Antitel testinin nəticəsi ilə

"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər".

“Finans.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib.

“COVID-19 pasportu" yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, "COVID-19 sertifikatı" isə peyvənd vurduran şəxslərə verilir”, - o bildirib.