“Anadolujet” martın 29-dan Bakıya uçuşlara başlayacaq

  • 14 Yanvar, 2020 17:18
“Anadolujet” martın 29-dan Bakıya uçuşlara başlayacaq

"Türk Hava Yolları" şirkətinin aşağı büdcəli törəməsi "Anadolujet” martın 29-dan 16 xarici ölkəyə, 28 istiqamətdə uçuşlara başlayacaq.

“Finans.az” xəbər verir ki, onun uçuş istiqamətləri arasında Bakı, eləcə də Barselona, Berlin, Brüssel, Frankfurt, Təl-Əviv, Münhen, London kimi böyük şəhərlər də var.

Aviaşirkət reysləri 57 təyyarə ilə yerinə yetirəcək.


Mənbə: report.az