"American Airlines" Venesuelaya uçuşları dayandırdı

  • 16 Mart, 2019 11:58

ABŞ-ın hava yolları şirkəti "American Airlines" Venesuelaya uçuşların hamısını dayandırıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "American Airlines" şirkətindən verilən açıqlamada "Müştərilərimizin və əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün başlıca prinsipdir, "American Airlines" təhlükəsiz hesab etmədiyi ölkələrə uçmayacaq",- deyə bildirilib.

Digər tərəfdən Venesuela mətbuatından verilən xəbərdə isə ölkədə normal hava şəraiti bərpa olana qədər uçuşların gündə bir dəfə reallaşacağı bəyan edilib.

Xatırladaq ki, "American Airlines" Venesuelanın Karakas və Marakaybo şəhərlərinə uçuşlar həyata keçirirdi.