AMB-nin hökumət idarələri qarşısında öhdəliyi 69% artıb

  • 6 May, 2020 13:46
AMB-nin hökumət idarələri qarşısında öhdəliyi 69% artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) hökumət idarələri qarşısında öhdəlikləri illik müqayisədə 69% artaraq 31 dekabr 2019-cu il tarixinə 2 734 428 min manata çatıb.

"Finans.az" bu barədə AMB-nin ötən il fəaliyyəti ilə bağlı KPMG şirkətinin audit hesabatına istinadən xəbər verir.

Hökumət idarələri qarşısında öhdəliklərin 2 400 510 min manatını Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin hesabları, Dövlət Neft Fondunun və Əmanətlərin Sığortalanması Fondunun hesabları əhatə edib.

Hesabat ilində AMB-nin kredit təşkilatları qarşısında öhdəlikləri isə 4% azalaraq 2 721 369 min manata enib.

Qeyd edək ki, AMB-nin cəmi öhdəlikləri illik 13,8% artaraq 31 dekabr 2019-cu il tarixinə 20 047 412 min manat təşkil edib.


Mənbə: apa.az