AMB "ApplePay" və "GooglePay"in Azərbaycana gəlməsində maraqlıdır

  • 13 Fevral, 2020 16:24
AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) "ApplePay" və "GooglePay" ödəniş sistemlərinin Azərbaycana gəlməsində maraqlıdır.

"Finans.az" xəbər verir ki, bunu AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, hər bir ödəniş sisteminin bəlli bir strategiyası var ki, bu da onların bu və digər bazarlara daxil olma qərarlarına uyğun olmalıdır.

“Nəzərə alsaq ki, Azərbaycan bazarı kifayət qədər inkişaf edib və potensialı olan bazardır, inanırıq ki, bu təşkilatlar da yerli bazarda təmsil olmaları barədə düşünürlər. Bu təşkilatların regional menecerləri var ki, onlar yerli bazarın potensialını müsbət dəyərləndirirlər. Biz burada məhdudlaşdıran hal görmürük və öz növbəmizdə bazara gələn hər bir təşkilatı yüksək səviyyədə qəbul etməyə və dəstəkləməyə hazırıq. Mən bir ödəyici olaraq, əlbəttə, maraqlı ki, bütün vasitələrlə ödənişlər aparmaq mümkün olsun", - deyə R. Mahmudov qeyd edib.


Mənbə: apa.az