AMB 100 milyon manat cəlb edir

  • 23 Avqust, 2019 12:04
AMB 100 milyon manat cəlb edir

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

“Finans.az” tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 26-da keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26 – 8,24% təşkil edir.