"Amazon" və "General Motors" elektrikli pikap istehsalı üçün yatırım edir

  • 13 Fevral, 2019 11:20

"Amazon.com Inc" və "General Motors" ABŞ mərkəzli avtomobil şirkəti olan "Rivian Automotive LLC"-yə investisiya yatırmaq üçün danışıqlara başlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, investisiya şirkətə elektrikli pikapların istehsalı üçün edilir. Belə ki, yatırım avtomobil istehsalçısına 1-2 milyard dollar çərçivəsində dəyər qazandıracaq.

Razılaşmaya əsasən "Amazon" və "General Motors" "Rivian Automotive"də daha az səhmə malik olacaq. Lakin onların yatırımları şirkətin Miçiqan mərkəzli startapının ABŞ-da ilk elektrikli pikap istehsalçısı olmasına yardım edəcək.

Əgər müzakirələr müsbət nəticələnərsə, razılaşma bu ayın əvvəlində açıqlanacaq.