"Amazon"un startapı pilotsuz elektromobilini təqdim edib

  • 14 dekabr, 2020 17:55

“Amazon” şirkətinə məxsus ”Zoox” startapı ilk özünü idarə edən elektrik avtomobilini təqdim edib.

“Finans.az”ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, avtomobil 16 saatadək şarj olmadan hərəkət edə bilir. Avtomobildə sürücü kabinəsi yoxdur və maksimal sürəti 120 km/saata çatır. Elektromobil dörd sərnişin daşıya bilər.

Avtomobil damına quraşdırılmış kameralar, radarlar, lidarlar və xüsusi lazer sensorları vasitəsilə istiqamətləndirilir.

Avtomobilin taksi qismində istifadə ediləcəyi gözlənilir. Onların ilk dəfə Las Veqas və San-Fransiskoda istismara veriləcəyi gözlənilir. Xidmətdən istifadə etmək üçün xüsusi tətbiq yükləmək lazım olacaq. Gələcəkdə bu xidmətin dünyanın digər ölkələrində də istifadəyə veriləcəyi gözlənilir.


Mənbə: apa.az