"Amazon" sifarişləri bu startapın elektromobilləri ilə çatdıracaq

  • 20 Sentyabr, 2019 15:06

"Amazon" elektrikli nəqliyyat vasitələri istehsal edən "Rivian" startapından 100 min furqon sifariş verib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu elektron ticarət şirkətinin direktoru Cef Bezos deyib. Məlumata əsasən "Amazon" onlayn sifarişləri çatdırmaq üçün bu elektromobillərdən istifadə etməyi planlaşdırır. Sözügedən furqonların ilk olaraq 2021-ci ildən buraxılacağı gözlənilir.

"Amazon" şirkətinin vitse-prezidenti Deyv Klark bu razılaşmanı tarixin ən böyük elektromobil sifarişi adlandırıb.

Qeyd edək ki, "Amazon" yaxın keçmişdə partniyorları ilə müştərək olaraq "Tesla"nın əsas rəqiblərindən biri olan "Rivian"a 700 mln. dollar investisiya yatırmışdı.