Amazon, Alphabet, Salesforce və Microsoft bu startapa $1 mlrd yatırdı

  • 2 fevral, 2021 14:00
Amazon, Alphabet, Salesforce və Microsoft bu startapa $1 mlrd yatırdı

Bulud proqram təminatı sahəsində ixtisaslaşan "Databricks" startapı Amazon, Alphabet (Google-ın sahibi), Salesforce və Microsoft şirkətlərindən 1 mlrd. ABŞ dolları həcmində investisiya cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə startapın qiymətləndirməsi 28 mlrd. dollar təşkil edir.

Qeyd edilir ki, "Databricks" 2013-cü ildə ABŞ-da təsis edilib. Bu platforma vasitəsilə şirkətlər böyük həcmli məlumatları emaldan keçirərək onları təhlil üçün hazır edirlər. Onun xidmətlərindən dünya üzrə 5 mindən çox şirkət yararlanır, o cümlədən Shell, HSBC və T-Mobile.