Alternativ enerji ilə bağlı təkliflər təqdim ediləcək

  • 5 İyul, 2019 17:41
Alternativ enerji ilə bağlı təkliflər təqdim ediləcək

"BP şirkəti gələn həftənin sonunadək alternativ və bərpa olunan enerji ehtiyatlarının istehsalı ilə bağlı kommersiya təkliflərini hökümətə təqdim edəcək".

“Finans.az” xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Gələn həftənin sonuna qədər imzalanmış qarşılıqlı Anlaşma Memodandumu çərçivəsində rəsmi olaraq Energetika Nazirliyinə alternativ və bərpa olunan enerjinin istehsalı ilə bağlı kommersiya təklifi təqdim olunacaq. Təkliflər nəzərdən keçiriləcək və müzakirələr başlanılacaq".

O qeyd edib ki, təkliflər günəş və külək enerjisini əhatə edir.