Almaniya rəqabətdə geri qalmamaq üçün 60 milyard pul yatıracaq

  • 4 Mart, 2019 10:49
Almaniya rəqabətdə geri qalmamaq üçün 60 milyard pul yatıracaq

Avtomobil sənayesində dəyişikliklərin olduğu bir vaxtda rəqabətdə geri qalmaq istəməyən alman avtomobil sənayesi sərmayələri artıqmaq qərarına gəlib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, tərkibinə 600 şirkət daxil olan "Almaniya Avtomobil Sənayesi Birliyi"nin (VDA) açıqlamalarına görə, alman şirkətləri növbəti 3 il ərzində elekrikli və avtonom avtomobillərə yatırımlar edəcək. İnvestisiyanın məbləği isə 60 milyard avroya (68 milyard dollar) yaxın olacaq.

VDA rəhbəri Bernard Mats elektrikli avtomobil sənayesinin inkişafına 40 milyard avro, avtonom nəqaliyyat vasitələrinin inkişafına isə 18 milyard avro investisiya ediləcəyini bildirib.