Alman nəhəngi 500-ə yaxın avtomobili geri çağırır

  • 18 Sentyabr, 2020 09:43
Alman nəhəngi 500-ə yaxın avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” şirkəti Rusiyada 493 avtomobilini geri çağırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, tədbir 2018-2019-cu illərdə satılan Mercedes-Benz C-Class AMG, GLC və AMG GT modellərindən olan avtomobillərə şamil edilir.

Qeyd edilir ki, geri çağrılma ESP sesteminin idarəetmə blokunun proqram təminatının spesifikasiyalara uyğun gəlməyə biləcəyi ilə əlaqədardır.