"AliExpress” heç bir səbəb gətirmədən malları qaytarmağa icazə verdi

  • 23 Avqust, 2019 15:32

"AliExpress” onlayn alış-veriş platforması Rusiyalılara heç bir səbəb gətirmədən iki həftə ərzində malları geri qaytarmağa icazə verib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl məhsulu yalnız bəyan edilən xususiyyətlərə uyğun gəlmədiyi təqdirdə geri qaytarmaq olurdu.


Qeyd edilir ki, bu yenilik hələlik ən populyar 10 milyon məhsula şamil edilir. Lakin zaman keçdikcə şirkət onu bütün assortimentinə tətbiq edəcək.

Məhsulun dəyərinə dair heç bir məhdudiyyət yoxdur.