"Alibaba"nın rəhbəri bu gün vəzifəsindən ayrılacaq

  • 10 Sentyabr, 2019 11:41

Dünyanın məşhur e-ticarət şirkəti "Alibaba Group"un qurucusu Cek Ma vəzifəsini tərk edir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Jek Ma şirkətdəki İdarə Heyətinin sədri vəzifəsini bu gün Daniel Canqa təhvil verəcək.

Şirkətin açıqlamalarına görə, Cek Ma rəhbər dəyişkənliyi ərəfəsində ortaya çıxa biləcək problemlərdən dolayı növbəti 12 ay ərzində sədr vəzifəsinin icrasına davam edəcək.

Qeyd edək ki, keçmiş İngilis dili müəllimi və 25 milyard dollarlıq sərvətiylə Çinin ən zəngin adamı olan Ma, vəzifəsini tərk etdikdən sonra təhsil fəaliyyətlərinə davam edəcək.