"Alibaba" bulud servislərinin infrastrukturuna 28 milyard dollar investisiya edəcək

  • 20 Aprel, 2020 10:50

Elektron ticarət sahəsində dünya lideri olan "Alibaba" şirkəti yaxın 3 ildə bulud servislərinin infrastrukturunun inkişafına 200 milyard yuana (təxminən 28 milyard dollar) yaxın vəsait investisiya edəcək.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət investisiyaları hazırda 20-dən çox ölkəni əhatə edən böyük məlumatların emalını aparan serverlər və mərkəzlər şəbəkəsinin genişləndirilməsinə, həmçinin çiplər və süni intelektə aid texnologiyalarının inkişafına yönəldəcək.