“Alibaba” bu yolla 20 milyard dollar cəlb etmək istəyir

  • 28 May, 2019 11:47
“Alibaba” bu yolla 20 milyard dollar cəlb etmək istəyir

Çinin internet şirkəti “Alibaba” öz səhmlərinin Honq Konq birjasında yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Çin nəhənginə 20 milyard ABŞ dolları cəlb etməyə imkan verəcək.

Qeyd edilir ki, şirkət artıq maliyyə məsləhətçiləri ilə işləyir, yerləşdirmə üçün müraciət isə konfidensial qaydada cari ilin ikinci yarısında edilə bilər.

Xatırladaq ki, “Alibaba” 2014-cü ildə Nyu-York birjasında səhmlərinin ilkin ictimai yerləşdirilməsindən (IPO) 25 milyard cəlb etdi.