"Alibaba" 693 milyon dollarlıq yatırım edir

  • 11 Mart, 2019 09:58

"Alibaba Group Holding" Çin mərkəzli kuryer şirkətinə yatırım edir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "STO Express" adlı şirkətə investisiyanın məbləği 693 milyon dollar təşkil edir. Razılaşma əsasında "Alibaba" sözügedən şirkətdə 14% paya sahib olacaq.

Qeyd edək ki, bu, "Alibaba"nın kuryer şirkətlərinə etdiyi dördüncü böyük yatırımdır.