Ali məktəb dərslikləri ƏDV-dən azad edilə bilərmi? - Nazir açıqladı

  • 14 Noyabr, 2019 14:14
Ali məktəb dərslikləri ƏDV-dən azad edilə bilərmi? - Nazir açıqladı

İqtisadiyyat naziri Mikayıl Cabbarov ali məktəb dərsliklərinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı deputatların təklifinə münasibət bildirib.

“Finans.az” xəbər verir ki, nazir ümumtəhsil və peşə məktəblərindən fərqli olaraq, ali məktəb dərslikləri ilə bağlı vahid sifarişçinin olmadığını deyib.

“Bildiyiniz kimi, ali təhsil çox böyük transformasiyalara uğrayıb. Bir çox hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı, elmi ədəbiyyat da ola bilər. Bu da ali məktəblər üçün dərslik kimi meyarların izlənilməsində çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla da məsləhətləşmələr aparırıq. Çalışarıq ki, müvafiq qaydada mütləq bu məqamları nəzərə alaq”- deyə M.Cabbarov əlavə edib.


Mənbə: report.az