“Airbus” qarşıdakı 2 ildə istehsalı 40% azaldacaq

  • 29 İyun, 2020 11:30
“Airbus” qarşıdakı 2 ildə istehsalı 40% azaldacaq

Avropanın aparıcı təyyarə istehsalçısı “Airbus” şirkət qarşıdakı 2 il ərzində istehsalı 40% azaltmağı planlaşdırır.

“Finans.az” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl azalmanın 30%-35% olacağı bildirilirdi. Koronavirus (COVID-19) pandemiyasının uzun müddət davam etməsi şirkəti planlarına yenidən baxmağa vadar edib. Bu isə minlər iş yerinin ixtisar edilməsi deməkdir.