AIIB Qazaxıstana pandemiya ilə mübarizə üçün kredit ayırıb

  • 6 İyul, 2020 14:11
AIIB Qazaxıstana pandemiya ilə mübarizə üçün kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Qazaxıstana 661,8 milyon avro (təxminən 750 milyon ABŞ dolları ekvivalenti) məbləğində kredit ayırıb.

“Finans.az”ın Banka istinadən verdiyi xəbərə görə, bu barədə AIIB-in Direktorlar Şurası qərar qəbul edib.

Açıqlamada deyilir ki, bu kredit pandemiyanın ölkə əhalisinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına mənfi təsirləri azaltmaq üçün Qazaxıstanın büdcəsinə dəstək məqsədi ilə verilib.

Pandemiya Qazaxıstanın iqtisadi fəaliyyətinə xələl gətirir. Məşğulluq və dolanışıq, xüsusən yoxsullar və həssaslar arasında mənfi təsir göstərir. Təxmini hesablamalara görə, qadınlar qonaqlama, təhsil və pərakəndə ticarət də daxil olmaqla əmək bazarında işçi qüvvəsinin 65%-dən çoxunu təşkil etdikləri üçün ən çox təsirə məruz qalırlar. Neftin qiymət şoku ixrac gəlirlərini xeyli aşağı salıb. 2020-ci ildə fiskal reaksiya olmadan iqtisadiyyatın real ifadədə 5,5% daralması gözlənilir. Yoxsulluq səviyyəsi indiki halda 6,6% səviyyəsindən 11-13%ə çata bilər.

AIIB-in krediti “COVID-19-a aktiv cavab və xərclərə dəstək” (COVID-19 Active Response and Expenditure Support (CARES) program) proqramı çərçivəsində ayrılıb. Bu proqram üzv ölkələrə səhiyyə sisteminin, sosial təminat və əmək bazarının qorunması stimullaşdırıcı xarakter daşıyır.

AIIB-in Böhrandan Bərpa Təsisi (Crisis Recovery Facility (CRF) və Asiya İnkişaf Bankının (ADB) ortaq maliyyəsi ilə qida məhsullarının yüksələn qiymətlərinin həssas qruplara təsirlərinin ölçülməsi, sosial ödəmələrin artırılması və yeni vergi güzəştlərinin maliyyələşməsi də həyata keçiriləcək.

AIIB-in investisiya əməliyyatlarına məsul olan vitse-prezidenti Konstantin Limitovski deyib ki, Bankın əsas prioritetlərindən biri yoxsulluğun azaldılmasıdır:

“Xəstəliyin yayılmasına nəzarət etmək və yoxsulluğun azaldılması Proqramın prioritet istiqamətləridir. Bu maliyyələşdirmə, Qazaxıstanın bu hədəflərə çatması üçün ehtiyaclarına cavab verir. Biz ölkələrdə yoxsulları və həssas təbəqələri qorumaq üçün onların səylərini dəstəkləməkdə və bu çətin dövrdə iqtisadi dayanıqlığı möhkəmləndirmək üçün dəstəyimizə davam edəcəyik".

Bankın açıqlamasında deyilir i, üzv ölkələrin COVID-19-a qarşı mübarizəsi çərçivəsində onların ehtiyacları 5-10 mlrd ABŞ dolları civarında ölçülür. Bu günə qədər AIIB 11 üzv ölkəyə 13 layihə üzrə 5,5 mlrd ABŞ dolları maliyyə ayırıb.


Mənbə: report.az