AİİB layihələrin kreditləşməsini 20% artıracaq

  • 12 Fevral, 2019 09:24
AİİB layihələrin kreditləşməsini 20% artıracaq

“Asiya İnfrastruktur İnvestisiya Bankı” (AİİB) 2019-cu ildə layihələrin maliyyələşdirilməsini 2018-ci ildəki 3 milyard ABŞ dolları həcmindən 4 milyard dollara kimi artırmağı planlaşdırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bankın rəhbəri Cin Likuna görə bu il bank əsas diqqəti Asiya ölkələrində, xüsusilə Pakistanda layihələrin maliyyələşməsinə yönəldəcək.

Xatırladaq ki, AİİB bütün dünya üzrə infrastruktur layihələrinin maliyyələşməsi üçün 2015-ci ildə 57 ölkə tərəfindən təsis edilib. Bankın direktorlar şurasına ən böyük səs payına Çin, Hindistan və Rusiya malikdir.

Bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları təşkil edir. Bu günə kimi AİİB 7,5 milyard dollar həcmində kredit verib.