AİB-in Azərbaycanda maliyyələşdirəcəyi layihələr hansı şərtlərə cavab verməlidir?

  • 26 Sentyabr, 2018 10:07
AİB-in Azərbaycanda maliyyələşdirəcəyi layihələr hansı şərtlərə cavab verməlidir?

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASK-dən “Finans.az”a verilən məlumata görə, görüşdə özəl sektorun inkişafına təkan verəcək layihələr müzakirə edilib.

V.Hudak bildirib ki, ölkəmizəsəfəri çərçivəsində önəmli görüşlər keçirib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışan qonaq ölkəmizə səfərininAvropa İnvestisiya Bankı ilə Azərbaycanın özəl sektoru arasında yeniəməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini bildirib.

V.Hudak bildirib ki, AİB yeni innovasiya xarakterli layihələri dəstəkləməyə hazırdır. Bugünədək mikrokreditlər, kiçik və orta sahibkarlara maliyyə yardımı etdiklərini deyən qonaq böyük investisiya layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib. Onlara müraciət edən layihələrin ekspertlər tərəfindən dəyərləndirildikdən sonra qəbul edildiyini qeyd ediblər.V.Hudak bildirib ki,şərtlərə əsasən maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 milyon dollardan az olmamaq şərtilə) qarşılamalıdırlar.

“Avropa İnvestisiya Bankı layihəni dəyərləndirdikdən sonra büdcənin qalan hissəsini qarşılaya bilər. İstisna olaraq, enerji layihələrin 75%-ni dəstəkləməyə hazırıq. Lakin həmin şirkətlərin müvafiq balans hesabı olmalıdır. Biz həmçinin yerli tərəfdaşlarla birgə əməkdaşlığa hazırıq”, - deyə V.Hudak bildirib.

M.Musayev bildirib ki, Avropanın nüfuzlu təşkilatının Azərbaycan Sahibkarlar Konfederasiyası ilə görüşündən məmnundur. Ölkəmizin özəl sektorun inkişafına göstərilən dövlət qayğısından söhbət açan M.Musayev ÜDM özəl sektorun payının artmasını, günü-gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin sayının artdığını qeyd edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının AİB ilə əməkdaşlığa hazır olduğunu deyib.