Aİ ilə ticarət razılığının olmaması İngiltərənin vəziyyətini pisləşdirir

  • 17 Oktyabr, 2020 12:00
Aİ ilə ticarət razılığının olmaması İngiltərənin vəziyyətini pisləşdirir

“Moody's” beynəlxalq kredit reytinq agentliyi İngiltərənin kredit reytinqini "Aa2"dən "Aa3"ə endirib.

"Finans.az" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, reytinq üzrə proqnoz “Neqativ”dən “Sabit”ə dəyişdirilib.

“Moody's” bəyan edib ki,İngiltərədə koronavirus pandemiyasının təsiri ilə iqtiadi artımın gözləniləndən daha zəif olacaq, xüsusən ölkənin Avropa İttifaqından (Aİ) çıxma qərarı və Aİ ilə ticarət razılığının əldə olunmaması vəziyyəti daha da pisləşdirir.


Mənbə: report.az