Aİ ənənəvi enerji mənbələrinin idxalını 25% azaldacaq

  • 11 Fevral, 2021 11:38
Aİ ənənəvi enerji mənbələrinin idxalını 25% azaldacaq

Avropa İttifaqı (Aİ) 2030-cu il üçün ənənəvi enerji daşıyıcılarının idxalını 25%-dən çox azaldacaq.

“Finans.az” xəbər verir ki, bu barədə Enerji üzrə avrokomissar Kadri Simson deyib.

Onun sözlərinə görə, istixana effekti yaradan qazların havaya atılmasının 2030-cu ilədək 55% azaldılması ənənəvi enerji mənbələrinin idxalının azaldılması deməkdir.

Onun sözlərinə görə, enerji transformasiyasının sürətlənməsi və iqlim məsələləri üzrə hədəflərinə çatmaq Aİ-yə ənənəvi yanacaq növlərindən asılılığını əhəmiyyətli dərəcədə azaltmağa, yanacaq və onun idxalına xərcləri endirmək üçün imkan yaradır.


Mənbə: apa.az