Aİ Azərbaycan qazının daha təhlükəsiz tədarükü üçün Yunanıstana pul ayırıb

  • 22 iyun, 2021 14:37
Aİ Azərbaycan qazının daha təhlükəsiz tədarükü üçün Yunanıstana pul ayırıb

Avropa Komissiyası Avropa İttifaqının yardım qaydalarına əsasən, Yunanistanın Aleksandropolis limanında yeni mayeləşdirilmiş təbii qaz (LNG) terminalının inşası üçün 166,7 milyon avro dəyərində vəsaitin Yunanistana dəstək tədbirini təsdiqləyib.

“Finans.az”ın Yunanıstan verdiyi məlumata görə, bu layihə Yunanıstan və ümumiyyətlə Cənub-Şərqi Avropa bölgəsində qaz qiymətlərini həddən artıq təhrif etmədən enerji təchizatı təhlükəsizliyinə və şaxələndirilməsinə kömək edəcək.

Avropa Komissiyasının rəqabət siyasətinə məsul icraçı vitse-prezident Marqret Vestaqer (Margrethe Vestager) bildirib ki, Aleksandropolisdəki yeni LNG terminalı təkcə Yunanıstanın deyil, bütün Cənubi-Şərqi Avropa bölgəsinin qaz təchizatı və infrastrukturunu yaxşılaşdıracaq: “Bu, Avropa İttifaqının təhlükəsizlik və enerji təchizatı şaxələndirilməsi baxımından hədəflərinə çatmasına kömək edəcək. Yunanistana dəstək tədbiri yardımı onun üçün məhdudlaşdırır ki, layihənin gerçəkləşdirilməsi üçün potensial rəqabət təhriflərinin minimuma endirilməsini təmin etmək üçün kifayət qədər təminat olacaq”.

Yunanistan tərəfi LNG-nin qəbulu, saxlanılması və yenidən qazlaşdırılması üçün Aleksandropolisdə üzən anbarından ibarət yeni LNG terminalının inşasına dəstək planları barədə Avropa Komissiyasına öncədən məlumat verib. Bura liman kimi daimi dəniz qurğuları ilə tamamlanan sistem və yüksəlticilər, həmçinin gələcəkdə Yunanıstanın Milli Təbii Qaz Sisteminə birləşdirəcək dənizaltı və quruda qaz ötürücü boru kəməri sistemi də daxildir.

Məlumatda deyilir ki, təbii qaz tədarükünün Cənub-Şərqi Avropa bölgəsinə şaxələndirilməsi üçün strateji əhəmiyyətini nəzərə alaraq, Aleksandropolisdəki LNG terminalı, AB TEN-E əsas götürülərək enerji sektorundakı Avropa Ümumi Layihəsi siyahısına daxil edilib.

Terminalın təkcə Yunanıstan üçün deyil, həm də Bolqarıstan və Cənub-Şərqi Avropanın daha geniş bölgəsi üçün tədarük təhlükəsizliyini yaxşılaşdıracağı gözlənilir. Çünki Yunanıstan və Bolqarıstan arasındakı birləşdirici sistemə daxil olmaq üçün yeni potensial enerji mənbəyi - Yunanıstan – Bolqarıstan qaz kəməri (IGB) mövcuddur. Komissiya 2018-ci ilin noyabrda Aİ-nin yardım qaydaları çərçivəsində hazırlanmaqda olan IGB layihəsinə ictimai dəstəyi təsdiqləyib.

Yunanistan hökuməti LNG terminalının hidrogen üçün istifadə olacağını və layihənin kömür əvəzinə daha çox təbii qazdan istifadəsi ilə daha təmiz bir enerji ilə təmin edəcəyini təsdiqləyib.

Layihə Yunanıstan hökuməti tərəfindən Avropa Struktur və İnvestisiya Fondları (ESIF), xüsusilə Yunanıstan tərəfindən 2014-2020 illərdə Tərəfdaşlıq Sazişi çərçivəsində birbaşa olaraq nəzarət və idarə olunan vəsaiti istifadə edərək maliyyələşdiriləcək. Yardım 166,7 milyon avro məbləğində birbaşa qrant şəklində olacaq. Yardımı alanlar isə Yunanıstanın və Bolqarıstan qaz ötürücü sistemləri operatorları DEPA və “Bulgartransgaz EAD” şirkətlərinin iştirak etdikləri “Gastrade SA” şirkətidir. “Gastrade” şirkəti yeni terminalın təşviqatçısı və operatoru olacaq.

Bildirilir ki, Avropa Komissiyası layihənin ictimaiyyətin dəstəyi olmadan həyata keçirilməyəcəyi üçün yardımın uyğun və zəruri olduğunu qeyd edib. Bu çərçivədə komissiya layihənin enerji sektorundakı Ortaq Maraqlı Layihələr siyahısına daxil edilməsini nəzərə alıb.

Qeyd edək ki, Yunanıstanla Bolqarıstan arasında çəkiləcək 240 milyon avro dəyərinə malik boru kəmərinin 2020-ci ilin sonunadək hazır olacağı nəzərdə tutulurdu. Belə ki, Şahdəniz yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın ildə 1 milyard kubmetrinin Bolqarıstana nəql ediləcəyi IGB kəməri TAP layihəsinə qoşulacaq. Bu barədə “Bulgargaz” dövlət şirkəti Şahdəniz konsorsiumu ilə 25 illik müqavilə imzalayıb. Nəticədə Bolqarıstanın təbii qaza ehtiyacının 25-30 %-i ödəniləcək.

Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.


Mənbə: report.az