"AHK Azərbaycan" vergi qanunvericiliyindəki son dəyişiklikləri müzakirə edəcək

  • 13 Yanvar, 2020 16:14

Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") Vergi, Gömrük və Hüquq məsələləri üzrə İşçi Qrupu ölkədə vergi qanunvericiliyindəki son dəyişiklikləri, beynəlxalq vergitutma çərçivəsində transfer qiymətləri və məlumat mübadiləsinə dair müzakirələr aparacaq.

"Finans.az" xəbər verir ki, İşçi Qrupunun 22 yanvar tarixində baş tutacaq bu ilin ilk iclasında beynəlmiləl şirkətləri üçün hesabat vəzifələri, Vergi Məcəlləsinə daxil edilən yeni anlayışlar və ƏDV idarə edilməsinə dair yeniliklər müzakirə mövzusu olacaq.


Mənbə: apa.az