“Agsu Aqropark” KMDF-ə könüllü ianə edib

  • 30 Mart, 2020 15:29
“Agsu Aqropark” KMDF-ə könüllü ianə edib

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Agsu Aqropark” QTSC tərəfindən könüllü ianə edilib.

“Finans.az” bu barədə “Agsu Aqropark” QTSC-yə iatinadən xəbər verir.

Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 20 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

“Agsu Aqropark” QTSC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.