Ağstafada yol tikintisinə 3,9 milyon manat ayrıldı - SƏRƏNCAM

  • 1 May, 2019 16:32
Ağstafada yol tikintisinə 3,9 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa rayonunun AğstafaYenigünXətaiQaçaq KərəmPoyluXılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon (üç milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.