Ağıllı alış-veriş səbəti nələri bacarır? - VİDEO

  • 15 Yanvar, 2019 11:57
Ağıllı alış-veriş səbəti nələri bacarır? - VİDEO

“Casper.ai” startapının developerləri ağıllı alış-veriş səbəti hazırlayıblar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, innovasiya ondan ibarətdir ki, səbətə quraşdırılan kameralar ona qoyulan məhsulları təsbit edə və ştrix-kodunu oxuya bilirlər.

Bundan başqa səbətin alt hissəsinə tərəzi quraşdırlıb ki, bu da məhsulların yerindəcə çəkisini müəyyənləşdirir. Lakin bu da son deyil, səbət aldığınız malların siyahısı və qiymətini əks etdirən sensor və ödənişi kassaya yaxınlaşmadan etməyə imkan verən terminal ilə təchiz olunub.

Digər lazımi funksiya displeydə aksiyada olan malların çeşidinin göstərilməsidir.

Hazırda ağıllı səbətlər Nyu-Yorkun 2 iri super marketində aktiv şəkildə istifadə olunur. Yaxın gələcəkdə cihazın daha 150 mağazada tətbiqi planlaşdırılır.