Agentlik sədri: “Azərbaycanda ictimai çimərliklər olmalıdır”

  • 4 İyun, 2019 12:32
Agentlik sədri: “Azərbaycanda ictimai çimərliklər olmalıdır”

“Azərbaycanda ictimai çimərliklər olmalıdır. Bu, olduqca vacib məsələdir”.

“Finans.az” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.

“Özəl çimərliklər fəaliyyət göstərir, ancaq onların sayının az olması bizi narahat edir. Dünyada çimərliklərin demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər”, - deyə o, qeyd edib.

F. Nağıyev onu da deyib ki, Azərbaycanda yeni otellər də açılmalıdır: “Biz bunun üçün sahibkarlara dəstək veririk. Azərbaycanda yeni otellər, eyni zamanda hostellər açılır”.

Agentlik sədri vurğulayıb ki, hazırda otellərə ulduz verilməsi ilə bağlı iş aparılır: “Bu işə yaxın zamanlarda başlanılacaq. Biz müşahidə edirik ki, hostellər və 3 ulduzlu otellərin sayı artır”.


Mənbə: report.az