Ağcabədidə yol tikintisinə 7,6 milyon manat ayrıldı - SƏRƏNCAM

  • 25 İyul, 2019 15:37
Ağcabədidə yol tikintisinə 7,6 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 25-də “Ağcabədi rayonunun BoyatBiləyənHacılarQaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat–Biləyən–Hacılar–Qaraxanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.