“AGBank” dəyəri 2 manat olan səhm buraxır

  • 8 Noyabr, 2018 10:46
“AGBank” dəyəri 2 manat olan səhm buraxır

“AGBank” ASC-nin səhmləri “Bakı Fond Birjası” QSC-də (BFB) listinqə daxil edilib.

“Finans.az” BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızların ticarəti 13-22 noyabr tarixlərində həyata keçiriləcək.

Ticarətə hər birinin nominl dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxılacaq. Prosesin yekununda “AGBank”ın nizamnamə kapitalı 5,8 mln. manat və yaxud 5,6% artaraq 103,4 mln. manatdan 109,2 mln. manata çatmalıdır.

Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Unicapital İnvestisiya şirkəti” QSC-dir. Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.