AFBİA-ın İdarə Heyəti üzvləri və sədri yenidən təsdiq olunub

  • 7 Sentyabr, 2018 15:35
AFBİA-ın İdarə Heyəti üzvləri və sədri yenidən təsdiq olunub

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) növbəti iki ildə İdarə Heyətinin sədri vəzifəsinə yenidən "İnvestAZ" İnvestisiya Şirkəti QSC-nin direktor müavini Ceyhun İbrahimov seçilib.

"Finans.az" birliyin yaydığı məlumata istinadən xəbər verir ki, asossiasiyanın bu gün baş tutan növbəti ümumi yığıncağında səsvermə yolu ilə həmdə “Bakı Fond Birjası”, “Milli Depozit Mərkəzi”, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnvestAZ İnvestisiya Şirkəti” QSC və “AzFinance İnvestisiya Şirkəti” QSC yenidən İdarə Heyətinə üzv seçilmişdi.

Qeyd edək ki, hal-hazırda “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin üzvlüyünə hal-hazırda Bakı Fond Birjası və Milli Depozit Mərkəzi də daxil olmaqla, ölkəmizin qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.