"AFB Bank"ın əsas səhmdarının dəyişməsi bankın strategiyasını dəyişəcəkmi?

  • 16 May, 2019 12:18

"2017-2018-ci illərdə bankımızın 3 illik strategiyası hazırlanıb".

"Finans.az" xəbər verir ki, bunu "AFB Bank"in İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynov deyib. O, bildirib ki, əsas səhmdarın dəyişməsi strategiyada heç bir dəyişikliyə yol açmayıb. "Çünki strategiyamız sağlam strategiyadır. Yeni səhmdarımız da strategiyanı bəyəndi. Korporativ bankçılıq üzrə xidmətlərimiz yenə də çoxluq təşkil edəcək".