“AFB Bank” işçilərinin maaşına yenidən baxacaq

  • 20 Sentyabr, 2019 11:03
“AFB Bank” işçilərinin maaşına yenidən baxacaq

Oktyabrın 20-də, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 (466-cı məhəllə) ünvanında olacaq.

Yığıncağın gündəliyinə “AFB Bank”ın əməkdaşlarının maaşlarına yenidən baxılması məsələsi daxildir.