"AFB Bank"ın reytinqi təsdiqləndi

  • 12 İyul, 2019 14:35

“Fitch Ratings” "AFB Bank"ın reytinqini təsdiqləyib.

"Finans.az" xəbər verir ki, bankın uzunmüddətli emitentin defoltu reytinqi (EDR) "B” səviyyəsində təsdiq edilib. Bankın reytinq üzrə proqnozu isə “sabit” olaraq müəyyən olunub.

Həmçinin "AFB Bank"ın İdarə Heyətinin sədri Aydın Hüseynov reytinqlə bağlı bunları deyib: "Bankımızın reytinqinin belə nüfuzlu agentlik tərəfindən təsdiqlənməsi həyata keçirdiyimiz biznes strategiyanın bazar tələblərinə cavab verdiyini göstərir. “Fitch”-in təsdiq etdiyi reytinq bankın uğurlu maliyyə siyasətinin nəticəsidir və bu müştərilərimizə daha fərqli məhsullar təqdim etməyə və yüksək keyfiyyətli xidmət göstərməyə imkan yaradır”.

Qeyd edək ki, AFB Bank Azərbaycanda bu reytinqə malik olan üç bankdan biridir

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.