“AFB Bank”ın Audit Komitəsinin tərkibi dəyişib

  • 17 May, 2019 11:24
“AFB Bank”ın Audit Komitəsinin tərkibi dəyişib

“AFB Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik olub.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, 3 üzvdən biri olan Haşim Əliyev komitədəki yerini itirib.

Hazırda Audit Komitəsi sədr Şadiyə Amnova və üzv Famil Kərimovdan ibarətdir.

Xatırladaq ki, Haşim Əliyev komitənin tərkibinə 2017-ci ilin noyabr ayında daxil edilmişdi.