"AFB Bank"da rəhbər vəzifəyə yeni təyinat olub

  • 22 Yanvar, 2020 16:51

"AFB Bank" ASC-də rəhbər vəzifəyə yeni təyinat olub.

Bankdan "Finans.az"a verilən məlumata görə, Musa Xudiyev 21.01.2020-ci il tarixindən etibarən Bankın İdarə Heyəti Sədrinin müşaviri vəzifəsi üzrə işə qəbul edilib.

Bank sahəsində 13 illik təcrübəyə malik olan Musa Xudiyev “Zaminbank” ASC - də bir sıra vəzifələrdə, “Bank Standard” QSC – də rəhbər vəzifələrdə, son olaraq isə “Rabitəbank” ASC-də Filialların idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb.