"Aeroflot" yazda uçuşları bərpa edə bilər

  • 1 Dekabr, 2020 15:01

Rusiyanın "Aeroflot" şirkəti hava nəqliyyatının 2021-ci ilin aprel ayından bərpa olunacağına ümid edir.

“Finans.az”ın verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Mixail Poluboyarinov deyib.

O, hava nəqliyyatının sözügedən tarixdə bərpa olmadığı halda, aviaşirkətin inkişaf planlarına yenidən baxılacağını qeyd edib.

M. Poluboyarinovun sözlərinə görə, pandemiyaya baxmayaraq, şirkət 2028-ci ilədək strategiya parametrlərini yenidən nəzərdən keçirməyi planlaşdırmır.


Mənbə: apa.az