ADB: Gələn il Azərbaycan ixracı 24%-dən çox artacaq - PROQNOZ

  • 7 Aprel, 2020 16:23
ADB: Gələn il Azərbaycan ixracı 24%-dən çox artacaq - PROQNOZ

Asiya İnkişaf Bankının (ADB) 2021-ci ildə Azərbaycanın ixracının 24,4% artacağını proqnozlaşdırır.

“Finans.az” xəbər verir ki, ADB-dən verilən məlumata görə, ölkənin bu il ixrac həcminin 32,7% azalması gözlənir. İdxala gəldikdə isə, AİB bu il mal idxalının həcminin Azərbaycanda 37,8% azalacağını, 2021-ci ildə isə 23,5% çoxalacağını proqnozlaşdırır.

Bundan əlavə ADB ölkənin xarici ticarət saldosu barəsindədə öz proqnozunu açıqlayıb. Bankın gözləntilərinə görə, Azərbaycanın bu göstəricisi 2020-ci ildə ötən il qeydə alınan 5,804 mlrd. dollardan (Dövlət Statistika Komitəsinə əsasən) 4,603 mlrd. dollara düşəcək, lakin gələn il 5,803 mlrd. dollarayüksələcək.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ixracı 19 471,3 mln. dollar (), idxal isə 13 667,2 mln. dollar təşkil edib. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 4,2% azalıb və 19,2% artıb.


Mənbə: apa.az