“Accord Industrial Company“ nizamnamə kapitalını kəskin azaldır

  • 4 Oktyabr, 2018 08:53
“Accord Industrial Company“ nizamnamə kapitalını kəskin azaldır

“Accord Industrial Company“ MMC nizamnamə kapitalını kəskin azaldır.

Şirkətdən “Finans.az”a verilən məlumata görə, “Accord Industrial Company“ nizamnamə kapitalını 97,4 dəfə azaldır.

Belə ki, şirkətin nizamnamə kapitalı 974 000 manatdan 10 000 manata qədər azaldılır.

Xatırladaq ki, respublikada qeyri-neft və özəl sektorların inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən xüsusi qayğı və diqqətin nəticəsi olaraq geniş istehsal sahələrini özündə birləşdirən “Accord İndustrial Company” MMC sənaye şirkətinin 2017-ci ildə təsis olunmasını stimullaşdırıb.

Özəl sektorlara ən əsasıda sənaye sahəsinə daha çox fayda vermək məqsədi ilə “Accord İndustrial Company” MMC bir çox törəmə müəssisələr təsis edib ki, bu müəssisələrin fəaliyyəti qeyri-neft və özəl sektorlarda sənaye məhsullarının daha keyfiyyətli istehsalına töhvə verməklə nəticələnməkdədir.