"AccessBank"ın depozit portfeli böyüyüb, öhdəlikləri azalıb

  • 30 Aprel, 2019 17:32

"AccessBank" QSC 31 mart 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci rübü üzrə cəmi aktivləri 800 mln. 134 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır.

"AccessBank"ın kredit portfeli 1 il ərzində 4,1% azalaraq cari ilin mart ayında 470 mln. 830 min manat olub.

DEPOZİT PORTFELİ ARTIB.

Sözügedən dövrə "AccessBank"ın depozit portfelinin həcmi 570 mln. 112 min manat təşkil edib. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 33,1% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 8,2% azalaraq 702 mln. 407 min manata çatıb.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "AccessBank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 62,7% artaraq 97 mln. 727 min manata qalxıb.

ZƏRƏRDƏDİR.

2019-cu ilin yanvar-mart aylarında bankın xalis əməliyyat mənfəəti 17 mln. 339 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 91 mln. 939 min manat ayırıb. Beləliklə, "AccessBank" cari ilin ilk rübünü 74 mln. 600 min manat xalis zərərlə başa vurub.