“Accessbank” 5 milyon dollar borcunu ala bilmir - DETALLAR

  • 16 May, 2019 12:18
“Accessbank” 5 milyon dollar borcunu ala bilmir - DETALLAR

Yüz faiz xarici kapitallı “Accessbank” QSC 5 milyon ABŞ dolları həcmində kredit borcunu ala bilmir.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, bank Əhmədov Şükür Nazim oğluna, Heydərov Qurban Tərlan oğluna və “ŞƏN” MMC-yə qarşı kredit muqaviləsi uzrə 5 044 618,28 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmetinə yonəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə muraciət edib.

İş materiallarından görünür ki, müxtəlif vaxtlarda bank aylıq 1,0833% odəmək şərtilə Əhmədov Şükür Nazim oğluna 84 ay müddətinə 3,7 milyon dollar, 81 ay – 200 min dollar və 60 ay – 250 min dollar məbləğində kredit verib. Kreditin təminatı qismində Abşeron rayonu, Xırdalan südçülük sovxozu ərazisində yerləşən 1,50 ha torpaq sahəsi uzərindəki 7 176 kv.metr əmlak kompleksi ipoteka ilə yüklü edilmiş.

Digər təminat vasitəsi kimi, "Accessbank"la Heydərov Qurban Tərlan oğlu və ŞƏN” MMC arasında zaminlik muqavilələri də bağlanmışdır. Cavabdeh tərəfin iddiasına əsasən girovun hazırda bazar dəyəri 20 milyon manatdan çoxdur, lakin buna baxmayaraq bank prosses gedişatında Əhmədov Şükür Nazim oğlunun mulkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı,106 kv.metr yaşayış, 121,1 kv.metr koməkci sahədən ibarət bağ evinin və cavabdeh “ŞƏN” MMC-nin mulkiyyətində olan “Toyota Land Cruiser” minik markalı, 01-AA-202 dovlət qeydiyyat nişanlı avtomobilin uzərinə mubahisəyə mahiyyəti uzrə baxılıb qurtaranadək həbs qoyulmasına nail olub.