"Access Bank"ın sədri vəzifəsini tərk edir

  • 25 Noyabr, 2020 10:02

"Access Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov bu ilin sonunda vəzifəsini tərk edir.

Bu barədə "Finans.az"a "Access Bank"dan bildirilib.

"Anar Həsənov 2002-ci ildə bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Anar Həsənovun bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni sədrinin seçilib, bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək sədr vəzifəsini Yevgeniya Qaşikulina icra edəcək", - bankdan bildirilib.

Məlumatda həmçinin deyilir ki, A. Həsənov fəaliyyətini "Yelo Bank"da davam etdirəcək.