“Access Bank”a yeni icraçı direktorlar təyin edilib

  • 2 Dekabr, 2020 17:09
“Access Bank”a yeni icraçı direktorlar təyin edilib

“Access Bank” QSC-yə insan resursları və informasiya texnologiyalar üzrə icraçı direktorlar təyin edilib.

“Finans.az” Banka istinadən xəbər verir ki, bu vəzifələr Nigar Hüseynzadə və Zəhra Zeynalovaya həvalə olunub.

N.Hüseynzadə “Access Bank”da əmək fəaliyyətinə ötən il İnsan resursları departamentinin rəhbəri kimi başlayıb, bundan əvvəl isə uzun illər telekommunikasiya sektorunda, insan resursları ilə bağlı rəhbər vəzifələrdə işləyib.

Z.Zeynalova isə 14 ildir ki, “Access Bank”da çalışır, sıravi əməkdaşdan İnformasiya texnologiyaları departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlib.