Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq

  • 9 Sentyabr, 2019 10:49
Bu gün Abşeronun bir hissəsində işıq olmayacaq

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

“Finans.az” “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə "Azərişıq" istehlakçılardan üzr istəyir.