Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarların sayı artırıldı

  • 20 May, 2020 16:58
Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarların sayı artırıldı

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

"Finans.az" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.

Məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcəklər.

Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq

Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq


Mənbə: report.az